“Azərbaycanda alternativ enerjinin inkişafı” mövzusunda təqdimat keçirildi
30.03.2017-ci il tarixdə “Azərbaycanda alternativ enerjinin inkişafı” mövzusunda təqdimat keçirildi. Təqdimat 7c sinfində məktəbin coğrafiya müəllimi Leyla Ağakişiyevanın rəhbərliyi ilə keçirildi. Şagirdlərdən Əliyeva Əminə və Paşayeva Arzu hazırladıqları təqdimatları nümayiş etdirdilər. Müəllim şagirdləri maraqlandıran sualları cavablandırdı və mövzuya həsr olunmuş videoçarx nümayiş olundu.