“Bebras” müsabiqəsinin yarımfinalı
Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilati dəstəyi və “ÖzünÖyrən” MMC-nin rəsmi təşkilatçılığı ilə informatika və rəqəmsal inkişafın təbliğinə yönələn “Bebras” müsabiqəsinin 12.04 2025-ci il tarixində yarımfinal mərhələsi keçirildi. “Bebras İnformatika və Alqoritmik düşüncə müsabiqəsi" zamanı şagirdlər 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun müxtəlif tapşırıqları həll ediblər. Bu tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqələr qurma və problem həlletmə bacarıqlarını inkişaf etdirir. Müsabiqənin keçirilməsində məqsəd şagirdləri proqramlaşdırma bilikləri tələb etmədən informatika üzrə tapşırıqları həll etməyə yönəltmək, alqoritmik və hesablama təfəkkürlərini inkişaf etdirməkdir. Bebras müsabiqəsinin məktəbimiz üzrə koordinatoru informatika müəllimi Yusibova Nəzirədir. Yarımfinal mərhələsində iştirak edən şagirdlərimizə uğurlu nəticə diləyir və finala yüksəlməyi arzulayırıq.