“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqına qarşı yürüdülən erməni təcavüzkarlığı siyasətinin nəticələrini şagirdlərə aşılamaq, erməni terrorizmini pisləmək, şagirdlərə Azərbaycan xalqının düşmənlərini tanıtdırmaq məqsədilə 30.03.2017-ci il tarixində 9b və 10a sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Əvvəlcə bir dəqiqəlik sükütla faciə qurbanlarının xatirəsi yad edildi. Məktəbin tarix müəllimi Vahid Bayramov və tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva şagirdlərə soyqırım haqqında məlumat verdilər. Şagirdlərin də fikirləri dinlənildi. Sonda soyqırıma həsr olunmuş sənədli film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi