Qalaktikanı fəth edən "Orbit Keepers"
İsrail Kosmik Agentliyi və Təhsil Nazirliyinin təşəbbüsü, Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu və Məkəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, STEAM Azərbaycanın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Kosmik Olimpiada iştirakçısı olan məktəbimizin "Orbit Keepers" komandası daha bir mərhələni geridə qoyaraq Olimpiadanın milli yekun mərhələsinə yüksəlmişdir. Qeyd etmək istərdik ki, ölkə üzrə Olimpiada iştirakçısı olan 60 məktəbdən Olimpiadanın milli yekun mərhələsinə addımlayan 14 məktəbin adı olan siyahıda məktəbimizin adının yer alması bizlər üçün bir ayrı qürur və fərəhdir.
Olimpiada iştirakçısı olan şagirdlərimizə göstərmiş olduqları əzmkar fəaliyyətlərindən dolayı təşəkkür edir, növbəti mərhələdə bol uğur arzulayırıq.