Sabahın alimləri

  Martın 14-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

      Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir elmdə uğur qazanmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda müxtəlif bacarıqlara və istedada sahib olmaq vacibdir. Şagirdlərin bu istedadlarını vaxtında aşkar edib dəyərləndirmək və inkişaf etdirmək də olduqca önəmlidir. Məhz bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsi təşkil edilir. 

    “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsində  elmi rəhbəri məktəbimizin direktoru Sevinc Bayramova rəhbərliyi ilə EcoOil komandasının 11-ci sinif şagirdləri Roman Əhmədov və Əzizağa Əzizovun iştirakı ilə ekologiya, ətraf mühitin idarə olunması kateqoriya üzrə müsabiqədə iştirak ediblər və 2 yerə laiq görülüblər.

     Komandamız  "STEAM Ecothon" yarışında 3-cü yer, International Green SAF 2024"* festivalında "Green Innovatives" kateqoriyasında 2-ci yerə layiq görülmüşdür.

     Komandamızın əzmi və ekoloji problemlərə verdiyi töhfə ilə yeni uğurlara imza atacağımıza inanırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi