İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş dəyirmi masa keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə dövlət komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq 28.03.2017-ci il tarixdə məktəbdə dəyirmi masa keçirildi. Tərbirdə məktəbin direktoru Akif Rəsulov, direktor müavini Aybəniz Vəliyeva, bədən tərbiyəsi müəllimi Telman Məhərrəmov və 11-ci sinif şagirdləri iştirak etdilər.Məktəbin direktoru Akif Rəsulov öz çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə başladı: " İslam Həmrəylik Oyunlarının keçirilməsi... çox önəmli beynəlxalq yarışma olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər". Telman müəllim idman oyunlarının növləri, iştirak edəcək İslam dövlətləri haqqında məlumatı tədbir iştirakçılarına çatdırdı.