Kosmik Olimpiadada növbəti fəaliyyətimiz

    İsrail Kosmik Agentliyi və Təhsil Nazirliyinin təşəbbüsü, Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu və Məkəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, STEAM Azərbaycanın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Kosmik Olimpiadanın iştirakçısı olan məktəbimizin "Orbit Keepers" komandası Olimpiadanın ikinci mərhələsinin son tapşırığı,  challenge 5 üzrə Olimpiada iştirakçısı digər ölkələrin məktəbli komandaları ilə birgə ingilis dilində ortaq layihə üzərində əməkdaşlıq ediblər və fəaliyyətin icrasını həyata keçiriblər. Birgə fəaliyyət məktəblilər arasında mədəniyyətlərarası anlayışın, əməkdaşlığın və kosmos tədqiqatlarının təşviqinə kömək  edir. Məktəbli komandaları arasında keçirilən birgə fəaliyyət komanda işi, tənqidi düşüncə və qlobal vətəndaşlıq kimi mühüm XXI əsr bacarıqlarını inkişaf etdirilməsinə yönəlib. Belə ki, məktəblilər müvafiq tapşırıq çərçivəsində təyin edildikləri multikultural komandalar daxilində kosmosda ahəngdar çoxmillətli yaşayış mühitinin yaradılması ilə bağlı çətinlikləri və imkanları birgə araşdırıblar. Birgə fəaliyyətin təqdimetmə prosesi 28.01.25-ci il tarixdə Beynəlxalq ekspertlərin iştirakı ilə Zoom görüşündə təşkil edildi. Məktəblilərimiz öz təqdimatları haqqında məlumat verərək, ekspertlərin suallarını cavablandırdılar. Növbəti mərhələyə keçməkdə Olimpiada iştirakçılarımıza uğurlar diləyir və nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi