Novruz bayramı tədbiri keçirildi

Hər bir xalqın öz bayramı var. Bir ağacın budaqları olan dünya xalqlarının milli bayramları da çox vaxt eyni dövrə təsadüf edir. Müxtəlif zaman kəsiyində qeyd olunan bayramların özündə belə ruhi yaxınlıq duyulur. Hər il Novruz bayramı ilə bağlı 242 nömrəli tam orta məktəbdə tədbir keçirilir. 16.03.2017-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Dadaşova Şərqiyyənin sinfində Novruz bayramına aid tədbir keçirildi. Tədbirdə uşaqlar Novruz haqqında bildiklərini danışdı, bayrama aid şeirlər, bayatılar söylədilər, mahnılar oxudular, rəqs etdilər. Səhnəcik hazırlayan uşaqlar öz məharətlərini nümayiş etdirdilər. Milli folklorumuzdan hakışta deyişməsi oldu. Tədbir uşaqlara sevinc dolu anlar yaşatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi