I yerin qalibi
18.12.2024-cü il tarixdə Nizami rayonu, 220 nömrəli məktəb-liseyin idman meydançasında Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında "Atletika" növünün "Kross qaçışı" üzrə rayon turniri keçirilmişdir.
Məktəbimizin 10b sinif şagirdi Abdullayev Cavid 1000 metr məsafəni üç dəqiqə onbir saniyə qaçaraq qızıl medal qazanmışdır. Şagirdimizi təbrik edir gələcək idman fəaliyyətində uğurlar arzulayırıq. Qalib və mükafatçılar aşağıdakı kimidir.
I Yer Abdullayev Cavid 242 nömrəli tam orta məktəb
II Yer Əlizadə Məhəmməd 251 nömrəli tam orta məktəb
III Yer Hüseynov Kənan 10 nömrəli tam orta məktəb