Novruz – xarici dil müəllimlərinin dili ilə

Mart ayının “Xarici dil aylığı” elan olunması ilə əlaqədar xarici dil müəllimləri 16.03.2017-ci il tarixində məktəbin akt zalında 5 – 9-cu sinif şagirdlərinin iştirakı ilə “Novruz – xarici dil müəllimlərinin dili ilə” adlı musiqili tədbir keçirdilər. Tədbir zamanı şagirdlər ingilis, fransız, və rus dillərində xalqımızın adət - ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar oxudular. Tədbirdə müəllimlər, şagirdlər, direktor, direktor müavinləri və valideynlər iştirak etdilər.