Space Station Event adlı tədbir keçirildi
10.01.2025-ci il tarixdə məktəbimizdə "Space Station Event" adlı tədbir keçirildi. Tədbir Beynəlxalq Kosmik Olimpiadada iştirak edən şagirdlərimizdən ibarət olan "Orbit Keepers" komandasının iş birliyi ilə təşkil olundu. Tədbirin məqsədi məktəbdə olimpiada ruhunun yüksəldilməsi, eyni zamanda olimpiada çərçivəsində şagirdləri kosmik təhsilə təşviq etməkdir. Tədbirdə məktəb rəhbərliyi, şagirdlərlə yanaşı eyni zamanda 129 və 229 nömrəli tam orta məktəbdən dəvət edilmiş müəllim və şagirdlər də iştirak etdilər. Məktəbin direktoru Sevinc xanım Bayramova tədbirin açılışında çıxış edərək, şagirdlərin təşəbbüsünü yüksək qiymətləndirmiş və məktəblilərdə kosmosa marağın yaradılmasının önəmini vurğulamışdır. Eyni zamanda olimpiadada iştirak edən şagirdlər kosmik olimpiada haqqında, onların olimpiada çərçivəsində baş tutmuş iki mərhələdə göstərdiyi fəaliyyətlər haqqında çıxışlar edərək, şagirdlərin iştirakı ilə səhnəcik nümayiş olunmuş və onların ifasında musiqilər səslənmişdir. Tədbirin gedişatı zamanı "Kosmosa səyahət" adlı sərgi də nümayiş edilmişdir. Sərgidə məktəbin şagirdlərinin hazırladıqları əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Beynəlxalq Kosmik Olimpiadada iştirak edən şagirdlərimizə gələcək fəaliyyətlərində uğurlar və nailiyyətlərinin davamlı olmasını arzulayırıq.