“Alternativ enerji mənbələri” mövzusunda dəyirmi masa keçirildi

2016/2017-ci tədris ilinin mart ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Alternativ enerji” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə, 15.03.2017-ci il tarixində məktəbin coğrafiya müəllimi İradə Hacıyeva 6-9-cu sinif şagirdləri ilə birlikdə “Alternativ enerji mənbələri” mövzusunda dəyirmi masa keçirdi. O, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin Sərəncamı ətrafında geniş fikirlər bildirdi. Məktəbin 9-cu sinif şagirdi Musayeva Nazpəri “Alternativ enerji mənbələri dünyanı gərgin vəziyyətdən qurtaracaq” başlığı altında çıxış etdi. 9a sinif şagirdləri Hacızadə Aysel, Əhmədzadə Ləman, Məmmədova Samirə bərpa olunan enerji növləri haqqında geniş çıxış etdilər. 9b sinif şagirdləri Həsənzadə Nərmin, Novruzova Aysu alternativ enerji mənbələrindən helioenergetika haqqında geniş çıxış edərək, ona əsasən qurulmuş energetika prespektivli sahədən söhbət açdılar. Mustafazadə Kübra, Məmmədova Ülkər külək enerjisi və onun əhəmiyəti haqqında məlumat verdilər. 8-ci sinif şagirdləri Hüseynov İlham, Hüseynov Fərid, Zərgərov Murad, Məmmədli Səkinə geotermal enerji mənbələri haqqında öz fikirlərini bildirdilər. 6-cı sinif şagirdləri Rəsulova Ülkər, Rəsulbəyli Məryəm “Aydın səma” başlığı altında çıxış etdilər.