Yaşılın gücü

“Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında keçirilən ümumrespublika layihə müsabiqəsinin qalibi olan  məktəbimiz işlərin icrasına başlamışdır. Qalib olan "Yaşılın gücü" layihəmizin iqlim səfirlərinin təşkilatçılığı ilə məktəbimizdə 05.12.2024-cü il tarixdə "Tullantılardan incəsənətə" adlı sərgi həyata keçirilmişdir. Sərgidə məktəbimizdə yaradılan ekologiya klubunun üzvü olan şagirdlərimiz fəal iştirak etmişdir. Məktəbin direktoru Sevinc Bayramova müsabiqə qalibi olmuş komandanın üzvlərinə sertifikatlarını təqdim edərək, layihə barəsində məlumat vermiş, iqlim səfirlərinin çıxışları dinlənilmişdir. Layihənin icrasına dəstək olan müəllimlərimiz Hacıyeva İradə və Yusibova Nəzirə şagirdlərlə birlikdə işlərini davam etdirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi