“İngilis dilində sərbəst danışıram” mövzusunda tədbir keçirildi

10.03.2017-ci il tarixdə məktəbin ingilis dili müəllimləri sinif şagirdlərinin iştirakı ilə “İngilis dilində sərbəst danışıram” adlı tədbir keçirdilər. Şagirdlər ingilis dilində “Azərbaycan”, “Novruz”, “8 Mart” mövzularında şeirlər söylədilər, kiçik səhnəciklər göstərdilər. Tədbirdə ingilis dili müəllimləri və direktor müavini iştirak etdilər.