Yaşıl STEAM Azərbaycan Festivalı keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilib. Məktəbimizin şagirdləri YAŞIL SAF2024 Festivalında "Yaşıl Təşəbbüslər" kateqoriyasında çıxış edib. Festivalın birinci günündə, "EcoOil" komandası Sevinc Bayramovanın rəhbərliyi ilə öz cihazını nümayiş etdirmiş, nəticədə 11c sinfinin şagirdləri Əzizov Azizağa və Əhmədov Roman ikinci yerə layiq görülmüşdür!

Eyni zamanda məktəbin STEAM müəllimi Nəzirə Yusibovanın rəhbəri olduğu "Cuboro" komandasının üzvləri 5a sinif şagirdi Alagözov Cavid və 5c sinif şagirdi Məmmədzadə Nurbanu "Gələcəyin mühəndisləri" kateqoriyası üzrə üçüncü yerə layiq görülmüşdür! Böyük uğurumuzdur!!! Komandalarımızı ürəkdən təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi