1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür

Hər il mart ayının 1-də Respublikamızda Ümumdünya Mülki Müdafiə Günü qeyd olunur. Məktəbimizdə 2, 5 və 6-cı siniflərdə Mülki Müdafiə dərsləri keçirilir. Belə ki , növbəti dərs 01.03.2017-ci il tarixdə 5C sinfində keçirildi və 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olundu. Həmin sinfin rəhbəri Mirvari İsayeva bu gün haqqında şagirdlərə geniş məlumat verdi. O bildirdi ki, bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etməkdir. Dövlətimiz Mülki Müdafiə işçilərinin işini və fədakarlığını daima lazımınca qiymətləndirir.