ETİK DAVRANIŞ QAYDALARI İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

     Azərbaycan  Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmiş, “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Kollegiyasının 2014-cü il

6 noyabr tarixli 1/2 nömrəli Qərarı ləğv edilmişdir.
04.06.2024-cü il tarixdə məktəbdə yeni qaydalarla tanış olmaq məqsədilə görüş keçirilib. Görüşdə məktəbin direktoru Sevinc Bayramova"Təhsilverənlərin etik davranış qaydaları" ilə  pedaqoji kollektivi  tanış edib.
Qeyd edək ki, bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi