Beynəlxalq Olimpiya Komitəsinin 130 illiyinə həsr edilmiş tədbir
30 may 2024-cü ildə Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) lahiyəsinin dəstəyi, 242 nömrəli tam orta məktəbin təşkilatçılığı, 229, 210 və 49 nömrəli tam orta məktəblərinin birgə əməkdaşlığı ilə Beynəlxalq Olimpiya Komitəsinin 130 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir 4 a sinif şagirdlərinin ifasında Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başladı, Azərbaycan Respublikasının rəmzi üçrəngli bayraq şagirdlərin müşayiəti ilə gətirildi, yunan paltarları geyinmiş məktəbli şagirdlərin dəfnə yarpağından hazırladıqları çələnglər tədbirdə iştirak edən idmançılara- Fəridə Əzizova, Fatimə Alkərimova və Zöhrə Ağamirovaya təqdim edildi, olimpiya bayrağı şagirdlərin müşayiəti ilə gətirildi, dərhal sonra ibtidai sinif şagirdlərinin birgə əməkdaşlığı ilə Azərbaycana aid mahnı səsləndirildi, səmaya ağ şarlar uçuruldu.
Qonaqların iştirakı ilə məktəbin həyətində ağacəkmə aksiyası ilə tədbir davam etdirildi.
Aksiyadan dərhal sonra qonaqlar məktəbin dəhlizində məktəblilərin hazırladıqları müxtəlif idman növlərini özündə əks etdirən əl işlərindən ibarət Olimpiya sərgisinə , rəsm əsərlərinə tamaşa etdilər.
Daha sonra qonaqlar məktəbin idman zalında idmançı şagirdlərin iştirakı ilə təşkil edilmiş müxtəlif idman növlərinə ( basketbol, taekvando, karate, gimnastika və s.) tamaşa edib, şagirdlərin nümunəvi çıxışları ilə yaxından tanış oldular.
Tədbir məktəbin akt zalında təşkil edilmiş bilik yarışı ilə davam etdirildi. Bilik yarışı Olimpiya halqaları ilə təşkil edilmiş idman rəqsi ilə start götürdü. 242,229, 210 və 49 nömrəli məktəbin komandaları arasında təşkil edilmiş yarışda 49 nömrəli məktəb 1-ci, 242 nömrəli məktəb 2-ci, 229 və 210 nömrəli məktəblər 3-cü yerə layiq görüldü.
Tədbirdə Milli Olimpiya Komitəsinin Beynəlxalq proqram şöbəsinin əməkdaşları Ruslan Məmmədov və Nərmin Kərimova, Olimpiya oyunlarının idmançıları - Fəridə Əzizova, Fatimə Alkərimova və Zöhrə Ağamirova , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, OCEP layihəsinin eksperti qrupun sədri Namiq Cəfərov və üzvləri Gülyana Özcan, Hüseyn Hüseynov, Solmaz Məmmədova və Rahil Hüseynov, 25 saylı Nizami ikinci seçki dairəsinin sədri Heydər Vəliyev, YAP Nizami rayonun təşkilatının əməkdaşı Selcan Novruzova, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova, Nizami rayon İcra Hakimiyyətinin əməkdaşı Mürvət İbrahimov, Nizami rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Valeh Əmrahov, məktəb direktorları, müəllimlər, SPACE telekanalının əməkdaşları iştirak etdilər.