Yaşıl dünya naminə həmrəylik ili və Cop 29
16.05.2024-cü il tarixində “Yaşıl Dünya Naminə Həmrəylik İli” və COP29 layihəsinin keçiriliməsi ilə bağlı tədbir keçirildi.Tədbirdə Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq Aqrokimya İnstitutu, Torpaqların meliorasiyası laboratoriyasının rəhbəri Elmler doktoru, dosent Mustafa Mustafayev və elmi işçi Aygün Əhmədova iştirak etdilər.Qeyd edək ki, Mustafayev Mustafa Qılman oğlu AMEA rəyasət heyəti aparatı tərəfindən Cop 29-a “Torpaqşünaslıq” sahəsi üzrə kurator təyin edilmişdi. Mustafa müəllim Yaşıl dünya naminə həmrəylik ili və Cop 29 haqqında şagirdlərə geniş məlumat verdi, şagirdləri maraqlandıran sualları cavablandırdı.Tədbirdə mövzuya həsr olunmuş slayd nümayiş olundu.