Xocalı soyqırımı ilə əlaqədar divar qəzetləri, stendlər, guşələr hazırlandı

Fevral ayının birindən iyirmisinə qədər məktəbin foyesində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar divar qəzetləri, stendlər, guşələr hazırlanıb nümayiş olundu. Qəzetlər siniflər tərəfindən hazırlanmışdır. Məktəbdə fəaliyyət göstərən “Şən palitra” dərnəyinin rəhbəri İradə İmanova və üzvləri “Xocalısız 25 il” mövzusunda rəsm sərgisi nümayiş etdirdilər. Çəkilən rəsmlər məktəbin pedaqoji kollektivinin və şagirdlərinin böyük marağına səbəb oldu.