Xocalı abidəsi ziyarət edildi

21.02.2017-ci il tarixində məktəbimizin 4a, 5c, 5ç sinif şagirdləri və sinif rəhbərləri Xətai rayonunda yerləşən "Xocalı” abidəsini ziyarət etdilər. Abidənin önünə tər güllər düzdülər, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. Müəllimlər şagirdlərə Xocalı soyqırımı və Qarabağın tarixi barədə ətraflı məlumatlar verdilər.