Ədəbiyyatımızda təbiət
Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planının 3-cü bəndinə əsasən 17.04.2024- cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsgərova Sevda tərəfindən 6 b sinfində Azərbaycanın şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı dərs keçirildi. Dərsdə Nizami Gəncəvinin, Aşığ Ələsgərin, Mikayıl Müşfiqin təbiətə həsr olunmuş əsərlərinin müzakirəsi aparıldı.