Xocalı faciəsinə həsr olunmuş dəyirmi masa keçirildi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova rəhbərlik etdiyi 6 a sinfi ilə birlikdə 22.02.2017-ci il tarixdə Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş “Xocalı faciəsi və faciəyə gedən yol” mövzusunda dəyirmi masa keçirdi. Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycan xalqına qarşı yürüdülən erməni təcavüzkarlığı siyasətinin nəticələrini, erməni təcavüzkarlığını və terrorizmini pisləmək, şagirdlərə Azərbaycan xalqının düşmənlərini tanıtdırmaq idi. Tədbirin sonunda məktəbin direktoru Akif Rəsulov Xocalı faciəsi haqqında şagirdlərə bir daha məlumat verdi, şagirdlərin çıxışlarından razı qaldığını bildirdi.