“Ana dilimiz milli varlığımızdır” adlı tədbir keçirildi

21.02.2017-ci il tarixdə “Multikulturalizm ili”nə həsr olunan “Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsgərova Sevda rəhbəri olduğu 6A sinfi ilə hazırladı. O, öz çıxışında qeyd etdi ki, hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq,onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Başqa sözlə, dil ünsiyyət vasitəsidir, dil millətin mahiyyətini səciyyələndirən amillərdən birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Şagirdlər ana dilinə həsr olunan şeirlər, hikmətli kəlamlar səsləndirdilər, divar qəzetləri nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi