Məktəbin gənc parlamentləri
11.12.2023-cü il tarixində 8-11- ci siniflərdə şagirdlərin fikirlərini çatdırmaq,hüquqlarını qorumaq üçün şagird parlamenti yaradıldı.Siniflərdə səs vermə nəticəsində məktəbin 16 parlament üzvü seçildi. Parlament üzvləri öz aralarında səsə qoyaraq 1 parlament sədri və 2 müavin seçildi. Seçkidə məktəbin direktoru Sevinc Bayramova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova , UBR Leylan Ənsərova iştirak etdilər.