Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sinif saatları keçirildi

Fevral ayı ərzində Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Xocalı faciəsinin tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə məktəbin bütün siniflərində sinif saatları keçirilir. Elə bu məqsədlə 17.02.2017-ci il tarixdə 1a, 5c, 6c və 8b siniflərində növbəti sinif saatları keçirildi. 1a sinfinin rəhbəri Bəyim Əliyeva körpələrə faciə haqqında məlumat verdi. Balacalar Xocalı soyqırımına həsr olunmuş şeirlər söylədilər. 5c sinfində şagirdlər faciəni əks etdirən divar qəzetlərini nümayiş etdirdilər. 6c sinfində sinif rəhbəri Sevinc İmanova və şagirdlər faciə ilə bağlı öz fikirlərini söylədilər. 8b sinif şagirdi Mirzəyev İlqar isə Xocalı faciəsi haqqında yazdığı şeirini söylədi. Sonda Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi