BEBRAS müsabiqəsi keçirildi

     Hər il təqribən 400.000-dən çox şagird dünyanın bir çox ölkələrində Bebras müsabiqəsində iştirak edir, müəllimlər onların bu sahədə biliklərini qiymətləndirirlər.Müsabiqənin əsas  məqsədi oyunlar və əyləncə xaraketerli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin maraqlarını oyatmaqdır. Məsələlər elə formada tərtib olunur ki,şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın.Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan, lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək 
şagirdləri qiymətləndirməklə aşkar etməkdir. Azərbaycanda ilk dəfə Bebras müsabiqəsi 2016-cı ildə təşkil edilmişdir. Bu ilki Bebras müsabiqəsi 4-12 dekabr tarixlərində keçirildi və məktəbimizin şagirdləri informatika müəllimi Nəzirə Yusibovanın koordinatorluğu ilə böyük həvəs və maraqla müsabiqədə iştirak etdilər. Şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi