"Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin təşkili üzrə layihə"
Məktəbimizin fiziki tərbiyə müəllimi Asəf Mehdiyev 06,07 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə idman" İctimai Birliyinin (İNİ) birgə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə" çərçivəsində inkişaf və adaptiv fiziki tərbiyə / fiziki fəaliyyət mövzusunda keçirilən təlim kursunu uğurla bitirib.
Layihə beynəlxalq səviyyəli ekspert, adaptiv fiziki tərbiyə və idman sahəsi üzrə müxtəlif ölkələrdə həyata keçirilən bir sıra layihələrin müəllifi və rəhbəri olan Böyük Britaniyalı mütəxəssis Ken Blek (Ken Black) tərəfindən keçirilib. Təlimi uğurla bitirməyi münasibətilə məktəb kollektivi adından Asəf Mehdiyevi təbrik edir, pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.