Məktəb həyətinin yaşıllaşdırılması
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02.11.2023-cü il tarixli 3-29-59/3-2-403F/2023 nömrəli əmrə əsasən məktəbimizdə Yaşıl layihə : “Təbiəti qoruyanlar” adlı layihəsinin keçirilməsi ilə bağlı bir sıra tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.27.11.2023-cü il tarixində məktəbin müəllimi Sitarə Əhmədova 5A sinif şagirdləri ilə birlikdə məktəb həyətinin yaşıllaşdırılması məqsədilə həmişə yaşıl ağaclar və çiçəklər əkdilər.Şagirdlər sevə-sevə bu tədbirə qoşuldular.