Növbəti uğurumuz

      5-6 noyabr 2023-ci il tarixlərində Azərbaycanda, Bakıda ISMA BAKU  təşkilatçılığı ilə CASPIAN CUP 2023 Beynəlxalq Mental Arifmetika Müsabiqəsi və  Arifmetika Turniri keçirilmişdir. Müsabiqədə 10 ölkədən (Azərbaycan, Rusiya, Kanada, Özbəkistan, ABŞ, İspaniya, Rumıniya, Bolqarıstan, BƏƏ, Böyük Britaniya) 500-dən çox uşaq iştirak edib. 5-14 yaşlı şagirdlər sayma sürəti üzrə yarışdılar. Müsabiqənin digər yarışlardan fərqi , bu dəfə sadəcə mental aritmetik bacarıqlar deyil, həm də riyazi bacarıqları olan uşaqlar da yarışdılar . 
Bu müsabiqədə 2 ci yerə  layiq görülmüş şagirdlərdən biri də 242  nömrəli tam orta məktəbin 4- cü sinif şagirdi Hüseynov Mərvə olmuşdur. O 4 cü  kateqoriya üzrə  yarışaraq 10 dəqiqəyə müxtəlif çətinlikdəki 180 hesablama ( hər hesablama əməlinə 5 hesab daxil olmaqla)  əməlini  yerinə yetirib. Ümumilikdə 5 mərhələdən ibarət olan müsabiqənin hər mərhələsi üçün 2 dəqiqə vaxt verilir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi