Mən hüquqlarımı bilirəm adlı tədbir keçirildi

 

   2023-cü ildə ölkəmizin qoşulduğu BMT-in Uşaq hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin il dönümü ərəfəsində 20 oktyabr- 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilmişdir.

    “Uşaq hüquqları aylığı” çərçivəsində 14.11.2023-cü il tarixində “Mən hüquqlarımı bilirəm” adlı tədbir keçirildi.Tədbirdə məktəbin tarix müəllimi Elnarə Nuriyevanın rəhbərlik etdiyi “Mənim hüquqlarım” dərnəyinin üzvləri iştirak etdilər. Mövzunu əhatə edən bir-birindən maraqlı səhnəciklər və çıxışlar nümayiş olundu. Məktəbin valideyinləri tədbirdə fəal iştirak etdilər.

   Nizami rayon İcra Hakimiyyətinin  Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin Bakı şəhəri üzrə  Şöbəsinin aparıcı məsləhıtçi Nuri İmanov , İctimai-siyası və humanitar məsləhət şöbəsinin şöbə müdirinin müavini Bəhmən Hüseynov, məktəbin direktoru Sevinc Bayramova, müəllimlər, valideynlər və şagirdlər tədbirimizdə iştirak etdilər.                                            

     Sonda məktəbin direktoru və qonaqlara söz verildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi