“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi
26.01.2017-ci il tarixdə məktəbimizdə Bakı şəhər Baş Polis İdarəsinin və Nizami rayon Polis İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi. Tədbiri açıq elan edən məktəb direktoru Akif Rəsulov çıxış edərək qonaqları təqdim etdi. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi polkovnik-leytenant Məryəm Ömərova , Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polkovnik-leytenant Şirəli Babayev, Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri polkovnik-leytenant Emin Məmmədov , eləcə də şura üzvü Firdovsi Bayramov çıxış etdilər. Onlar məktəbliləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq barədə geniş söhbət açdılar. Tədbirin sonunda məktəbin 9B sinif şagirdi Adilə Həmzəyevanın mövzu ilə bağlı hazırladığı slaydlar nümayiş etdirildi.