İşğaldan azad edilmiş torpaqlarımızın dünəni və bu günü mövzusunda tədbir keçirildi

     Azərbaycan Respublikası Təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə “ 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 30.10.2023- cü il tarixində məktəbin coğrafiya müəllimi İradə Hacıyeva və musiqi müəllimi Sevinc Vəliyevanın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “ İşğaldan azad edilmiş torpaqlarımızın dünəni və bu günü mövzusunda tədbir keçirildi.Tədbirdə 7,8,9,10- cu sinif şagirdləri iştirak etdilər.İşğaldan azad edilmiş bölğələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri dini ibadətgahları, adət-ənənələri haqqında geniş məlumat verildi.Doğma torpaqlarımızda möhtərəm Prezidentimizin rəhbərliyi ilə gedən quruculuq işlərindən bəhs edilən video-çarx, şagird təqdimatları nümayiş olundu.Tədbirdə məktəbin direktoru Sevinc Bayramova,müəllimlər,valideyinlər və şagirdlər iştirak etdilər.

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi