“Ekoloji aylıqlar” layihəsi başlandı

Ekoloji layihələrin həyata keçirilməsi məqsədilə məktəbimizdə “Ekoloji aylıqlar” layihəsinə start verildi. 2016/2017-ci tədris ilinin yanvar ayından başlayaraq hər ay məktəbimizdə ekoloji istiqamətdə tədbirlər həyata keçiriləcək. Bu məqsədlə yanvar ayında “Ekologiya və iqtisadiyyat” mövzusu ətrafında tədbirlər keçirildi. Məktəbimizin texnologiya müəllimləri Surə Hacıyeva və Çiçək İbrahimova şagirdlərlə birlikdə “İsrafçılığa yol verməyək” mövzusunda tədbir keçirdilər. İbtidai siniflərdən isə 1c və 2b sinif şagirdləri texnologiya dərslərində düzəltdikləri əl işlərini nümayiş etdirdilər.Şagirdlər lazımsız parça və kağız hissələrindən müxtəlif əşyalar düzəltdilər. İbtidai sinif müəllimi Şərqiyyə Dadaşova 4-cü sinif şagirdlərinin iştirakı ilə “Ətraf mühiti qoruyaq ki, iqtisadiyyatımıza zərər dəyməsin” mövzusunda tədbir keçirmişdir.Coğrafiya müəllimi İradə Hacıyeva İKT vasitələrindən istifadə edərək “Planetimizin ağciyərləri” mövzusunda seminar keçirmişdir. Tədbirdə direktor və direktor müavinləri iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi