Narkomaniya son adlı tədbir keçirildi

    25.10.2023 cü il tarixində cəmiyyətin bəlası olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədi  ilə tədbir baş tutdu. Məktəbin direktoru Sevinc Bayramova tədbiri açıq elan etdi.  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənildi, vətənimizin bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Nizami rayonu Polis İdarəsinin rəisi, polis polkovnik Ziya Əliyev, Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis kapitanı Elvin Əliyev , Polis İdarəsinin Vetranlar Şurasının sədr müavini Firdovsi Bayramov , Polis İdarəsinin 24-ci polis şöbəsinin Yetkinlik Yaşına  Çatmayanlarla  Proflaktiki  İşin Təşkili bölməsinin inspektoru polis baş leytenantı Xədicə Hüseynova tədbirdə qonaq qismində çıxış etdilər.  Qonaqlar  çıxışılarında qeyd etdi ki, narkomaniya uzun illərdi dünyanın ən böyük problemlerindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir. Cəmiyyətin ciddi bəlasına,xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təssüflər olsun ki, günü-gündən yeniyetmə və gənclər arasında artmaqdadı. Bu problemlə bağlı şagirdlərə öz tövsiyyə və məsləhətlərini verdi. Erkən nikahın bağlanması haqqında geniş məlumat və tövsiyyələr verildi.Sonda şagird təqdimatları nümayiş olundu.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi