Zooloji muzeyə ekskursiya

    11.10.2023-cü il tarixində məktəbin biologiya müəllimi Samara Məmişova, tarix müəllimi Elnarə Nuriyeva rəhbəri olduğu 7B sinif şagirdləri ilə birlikdə Zoologiya İnstitutunun nəzdində yaradılmış Zooloji muzeyə ekskursiya etdilər. Şagirdlər muzeyin ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlər, onların xüsusiyyətləri ilə tanış oldular. Muzeyin əməkdaşı şagirdlərə geniş məlumat verməklə, eyni zamanda onların suallarını da cavablandırdı.

     Ekskursiya şagirdlərin dünyagörüşünün zənginləşməsinə və biologiya elminə marağın artmasına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi