Narkomaniya mövzusunda növbəti tədbir keçirildi

13.10.2023 cü il tarixində bəşəriyyətin bəlası olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədi ilə tədbir baş tutdu.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənildi, vətənimizin bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Məktəbin direktoru Sevinc Bayramova çəxışında qeyd etdi ki, narkomaniya uzun illərdi dünyanın ən böyük problemlerindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir. Cəmiyyətin ciddi bəlasına,xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təssüflər olsun ki, günü-gündən yeniyetmə və gənclər arasında artmaqdadı.Bu problemlə bağlı şagirdlərə öz tövsiyyə və məsləhətlərini verdi.

    Tədbirdə 8 ci sinif şagirdləri: Qulizadə Familə, Fətullayeva Sima, Mustafayeva Sevgi, İslamov Ramal, Rzalı Banuçiçək, Sultanova Nigarın hazırladıqlar videoçarx və təqdimatlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi