Məktəbimizin fiziki tərbiyə müəllimi Asəf Mehdiyev “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin təşkili üzrə layihə” çərçivəsində növbəti görüşdə iştirak edib.

      Məktəbimizin müəllimi Asəf Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında  “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin təşkili üzrə layihə” çərçivəsində növbəti görüş keçirilib
     ASAPES-də “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin təşkili üzrə layihə” çərçivəsində növbəti görüş keçirilib
     Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və “İnkişaf naminə idman” İctimai Birliyinin (İNİ) birgə həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə” çərçivəsində işçi heyətin növbəti görüşü baş tutub.
     Görüş zamanı layihə rəhbəri Natiq Qasımov iştirakçılara layihənin məqsədi, görülmüş işlər, sözügedən mövzu üzrə təlim kursu, kursu tədris edəcək beynəlxalq ekspertlər, kursdan sonra təlimatçıların əsas vəzifə və öhdəlikləri haqda geniş məlumat verib. Bundan sonra iştirakçıların sualları cavablandırılıb və mövzuya dair geniş fikir mübadiləsi baş tutub.
     Qeyd edək ki, adaptiv bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən cari layihənin 2022/2023-cü tədris ilinə təsadüf edən ilkin mərhələsi tərəfdaş təşkilatlar tərəfindən sosial sərmayə və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən sosial təşəbbüslər çərçivəsində maliyyələşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi