Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirildi

     05.10.2023 cü il tarixində məktəbimizin ibtidai sinif müəllimi Səkinə Məmmədovanın rəhbəriliyi altında Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirildi. Dördüncülər yolumuz üzərində al mayaka çevrilmiş, elmlərin bağlı qapılarını üzümüzə açan, zülmətdə nur kimi parlayan müəllimlərin , böyük  və şərəfli əməyinin tarı, pianinonu şeir və mahnılarla tərənnüm etdilər. Tədbirdə xeyir və şər qüvvələr arasında gedən mübarizəni və həmişəki kimi xeyirin şər üzərində qələbəsini əks etdirən səhnəcik tamaşaçıların ürəyincə oldu. Eyni zamanda tədbirdə ” Qırmızı kitab”ın əhəmiyyətinin nə qədər böyük olduğu ideası nəzərə çarpdı.Bu cür tədbirlər gələcək nəsillərin-məktəblillərin təlim-tərbiyəsində onların müəllimlərə, anaya, torpağa, təbiətə məhəbbət ruhunda böyüməsində böyük rolu var.Tədbirdə məktəbin direktoru Sevinc Bayramova, direktor müavinləri, məktəbin müəllimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi