Anım Günü ilə bağlı tədbir keçirilib

    Nizami rayonunun Qara Qarayrev prospektində yerləşən Nizami Rayonu Vətən müharibəsi şəhidlərinin xatirə kompleksinin qarşısında Anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
Məktəbin direktoru Sevinc Bayramova başda olmaqla bir qrup müəllim də tədbirdə iştirak ediblər.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi işə başlayıb.
Sonra xatirə kompleksinin qarşısına gül dəstələri düzülüb, şəhidlərin ruhlarına dualar oxunub. Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirak edən edən rəşadətli ordumuzun qəhrəmanlıq salnaməsindən danışıblar.
Xüsusi vurğulanıb ki, müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bütün ərazilərimizdə suverenliyimizi təmin edib. “İnanırıq ki, bundan sonra da dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatacaq”,-deyə çıxışçılar bildiriblər. Daha sonra tədbir iştirakçıları Keşlədə yerləşən şəhidlər xiyabanını ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi