Yeni tədris ilimiz uğurlu olsun

    15.09.2023- cü il tarixində səhər toplanışında ” Bilik günü ” nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. İlk söz məktəbin direktoru Sevinc Bayramovaya verildi. Sevinc xanım çıxışında qeyd etdi ki, 2023/2024-cü tədris ilinin ilk dərsi “ Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunmalıdır. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə verdikləri tövsiyələri şagirdlərə çatdırıldı. Tədbirdə Nizami rayon Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov iştirak etdi, məktəb kollektivini yeni tədris ili münasibəti ilə təbrik etdi. Tədbirdə şagirdlərin hazırladığı bədii hissə nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi