TOPs layihəsi çərçivəsində məktəbimizin ibtidai sinif müəllimləri üçün təlim keçirilmişdir

Məktəbin fəaliyyət planına uyğun olaraq 2023-2024-cü tədris ili çərçivəsində məktəbdə ibtidai siniflərdə fiziki tərbiyə dərslərinin keyfiyyətinin atrılması məqsədilə məktəbin fiziki tərbiyə müəllimi, TOPs proqramı üzrə təlimçi müəllim Asəf Mehdiyev tərəfindən 3-günlük təlim keçirilmişdir. 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədrisi üçün TOPs oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib. Təlimin sonunda müvafiq tədris kartları tədrisdə istifadə üçün müəllimlərə paylanılıb. Təlimdə məktəbimizin direktoru Sevinc Bayramova və tədris işləri üzrə direktor müavini Günay Əhmədova iştirak etmişdir.
TOPs proqramı - #fizikitərbiyə üzrə müasir təhsil texnologiyalarının yaradılması layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, British Council Azerbaijan və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın birgə iştirakı və dəstəyi ilə 2014-2015-ci tədris ilindən həyata keçirilir.