"Şəhidlər ölmür" adlı tədbir keçirildi

18.01.2017-ci il tarixdə məktəbin direktor müavini Aybəniz Vəliyeva və Azərbaycan dili - ədəbiyyat müəllimi Təranə Şirinova rəhbərlik etdiyi 7b sinfində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş “Şəhidlər ölmür” adlı tədbir keçirdilər. Şəhidlər bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.Tədbirdə şagirdlər məhz bu bəxtiyar insanlar haqqında ölməz şairimiz Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar söylədilər, 20 Yanvar faciəsi haqqında hazırladıqları təqdimatları və video çarxı nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi