Qalibləri təbrik edirik
29.06.2023-cü il tarixdə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin iştirak etdiyi Beynəlxalq Konfrans (MINEPS VII) çərçivəsində Bakı Konqres Mərkəzinin qarşısındakı parkda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş "Saglam Həyat Günləri" şüarlı bədən tərbiyəsi və idman tədbirində Nizami rayonunun məktəbləri arasında seçilmiş 242 və 229 nömrəli tam orta məktəbin şagirdləri Nizami rayonunu yüksək səviyyədə təmsil etmişlər. Müvafiq yaş qrupları üzrə müxtəlif normativləri yerinə yetirən qalib iştirakçılara qızıl,gümüş və bürünc sertifikatlar təqdim olunmuşdur. Məktəbimizin 6ç sinif şagirdləri Musayev Elman, ( 4 qızıl ) Musayev Bayram ( 5 qızıl 1 bürünc ) İbrahim Abdulrəhim ( 3 qızıl 2 bürünc ) sertifikatlar qazanmışlar. Qalibləri təbrik edirik! Fiziki tərbiyə kafedrasının müəllimləri Asəf Mehdiyev və Pərvanə Əliyevaya təşəkkür edirik.