20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa təşkil olundu

19.01.2017-ci il tarixdə “20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi” mövzusunda dəyirmi masa keçirildi. 6 b sinif şagirdləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutmasından, yüzlərlə insanın qətlə yetirilməsindən söhbət açdılar, eləcə də yaralanmış, itkin düşmüş soydaşlarımız haqqında geniş məlumat verdilər.Dəyirmi masa iştirakçıları Sovet Ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsini, xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərini nümayiş etdirən video çarxa baxdılar. Tədbirin sonunda məktəbin direktoru Akif Rəsulov çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi