Nizami rayonu 242 nömrəli tam orta məktəb yeni loqosunun hazırlanması üçün müsabiqə elan edir

Nizami rayonu 242 nömrəli tam orta məktəb yeni loqosunun  hazırlanması üçün müsabiqə elan edir

Müsabiqə şərtləri:

1. Loqo Nizami rayonu 242 nömrəli tam orta məktəbinin əsas fəaliyyət istiqamətlərini özündə təcəssüm etdirməlidir;
2. Loqo müasir, sadə, günümüzün dizayn trendlərinə uyğun şəkildə hazırlanmalıdır;
3. Loqonun kəsb etdiyi məna mütləq yazılı şəkildə izah edilməlidir. İstəyə bağlı olaraq loqonun müxtəlif səthlər üzərində görünüşü, onun “mock-up”lara uyğunlaşdırılmış görüntüləri yerləşdirilə bilər;
4. Loqo eskiz şəklində də göndərilə bilər. Seçilən dizayn eskiz halındadırsa, daha sonra rəqəmsallaşdırılaraq daha yaxşı formada təqdim edilə bilər;
5. Loqo hazırlayan şəxsin ad, soyad, doğum tarixi, əlaqə nömrəsi qeyd olunmaqla müsabiqənin son təhvil tarixinədək aşağıda göstərilmiş e-poçt ünvanına göndərilməlidir;
6. İştirakçı müsabiqəyə bir və ya daha çox dizayn nümunəsi təqdim edə bilər. Bunun üçün hər bir loqo layihəsi ayrıca e-poçt məktubla göndərilməlidir;
7. Göndərilən loqo layihələri yalnız layihəni hazırlaşan şəxsin özünə məxsus olmalıdır;
8. Loqonun rəqəmsal forması minimum 1000x1000px ölçüsündə olmalıdır. Loqo təqdimat məktubuna AI və PNG fayl formatları yerləşdirilməlidir;

Müsabiqə üçün hazırlanan loqo nümunələri 10.06.2023-ci il tarixinə qədər [email protected] elektron poçtuna göndərilməlidir.

Əlaqə: +994 12 376 25 94

Müsabiqədə qalib gələn loqonun müəllifi məktəb tərəfindən mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi