‘WEATHER’ MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ
23.05.2023-cü il tarixində məktəbimizin ingilis dili müəllimi Günay Məşimova tərəfindən 3a sinifində ‘Weather’ mövzusunda nümunəvi dərs keçirildi. Dərsin dinlənilməsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova, ingilis dili üzrə metodbirləşmə sədri Maral Seyidəliyeva və digər ingilis dili müəllimləri iştrak etdilər. Müəllim dərsi hazırladıgı slaydların nümayişi ilə izah etdi. Dərsin gedişatı zamanı video materiallardan istifadə edilərək, hava mövzusuna dair yeni sözlər və ifadələr öyrədildi. Şagirdlərlə qruplar üzrə işlər aparıldı, şagirdlərin təqdimatı dinlənildi. Sonda şagirdlər meyar cədvəlinə əsasən qiymətləndirildi.