Olimpiya Mədəniyyət və Təhsil Proqramı (OCEP 2023) layihəsi çərçivəsində tədbir keçirildi
19 may 2023- cü il tarixində “ Olimpiya Mədəniyyət və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Malta əməkdaşlığına həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan və Malta Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başladı. Məktəbimizin direktoru Sevinc Bayramova tədbir iştirakçılarını salamladı, OCEP layihəsi çərçivəsində təşkil olunan tədbirlər haqqında məlumat verdi.Milli Olimpiya Komitəsinin əməkdaşı Ceyhun Rəhmanov olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təbliğ edən OCEP layihəsi çərçivəsində ölkəmizdə təşkil olunan tədbirləri yüksək qiymətləndirdi.OCEP layihəsinin ekspert qrupunun sədri Namiq Cəfərov bildirdi ki, əsas məqsəd Avropa Olimpiya Komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsi ilə mədəniyyət, idman, həmçinin olimpiya hərəkatını təşviq etməkdən ibarətdir.Tədbirdə 3ç sinif şagirdləri Maltanın milli rəqsini,6ç sinif şagirdi Ağabəyli Çingiz “Qaytağı” rəqsini ifa etdi. 2ç sinif şagirdi Məmmədli Ayla Malta dilində şeir səsləndirdi.4a,4b,4c sinif şagirdiləri bir-birindən maraqlı musiqiləri təqdim etdilər. Məktəbin idmançı şagirdlərinin rəngbərəng halqalarla hazırladıqları səhnəcik hamının marağına səbəb oldu.Azərbaycan və Malta milli mətbəxinə həsr olunan pavilyonlarına baxış keçirildi. “ Şən palitra” dərnəyinin üzvlərinin Malta Respublikasına həsr olunmuş sərgisi də diqqətdən kənarda qalmadı.STEAM dərsini tədris edən Mehriban Vəliyeva, Rəna Mustafayeva şagirdlərlə birgə hazırladıqları layihələri tədbir iştirakçılarına təqdim olundu. Tədbir boyu 5a,5b,5c,5ç sinifləri arasında estafet yarışı keçirildi.Birinci yerin qalibi 11 xalla önə çıxdı.