“ Breyn Ring” yarışması keçirildi
05.05.2023-cü il tarixində məktəbimizin ingilis dili müəllimi Maral Seyidəliyeva 8-ci sinif şagirdləri arasında “ Breyn Ring” yarışması keçirdi. Məqsəd Azərbaycan və Böyük Britanyanın tarixi abidələrini, bayramlarını, simvollarını öyrənmək və təbliğ etmək idi.Yarışmanın sonunda iştirakçılara tərifnamələr təqdim olundu.Yarışmada məktəbin direktoru Sevinc Bayramova, təlim-tərbiyə üzrə direktor müavini Günay Əhmədova və digər fənn müəllimləri iştirak etdilər.