“ Objective Pronouns “ mövzusunda nümunəvi dərs keçirildi
13.04.2023-cü il tarixində məktəbimizin ingilis dili müəllimi Maral Seyidəliyeva 6C sinfində “ Objective Pronouns “ mövzusunda nümunəvi dərs keçirdi .Dərsdə məktəbin direktoru Sevinc Bayramova, təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova və ingilis dili, rus dili ,azərbaycan dili müəllimləri iştirak etdilər.Dərsin məqsədi şagirdlərin şəxs və tamamlıq əvəzliklərini bir-birindən fərqləndirmək və onların cümlədə yerini təyin etmək bacarığını aşılamaq idi.Dərsin sonunda müəllim qarşısına qoyduğu məqsədə nail oldu.